Bildirimləri görmək üçün daxil olun
Daxil olSon yenilənmə: 22 iyun 2026
Bu şərtlər DIGEX platformasında hesab yaradan, məhsul alan, elan yerləşdirən və ya platformanın digər xidmətlərindən istifadə edən bütün şəxslərə şamil olunur. Hesab yaradaraq və ya sifariş verərək bu şərtləri oxuduğunuzu və qəbul etdiyinizi təsdiqləyirsiniz.
DIGEX rəqəmsal kodlar, oyun balansları, hədiyyə kartları, Top-Up xidmətləri və istifadəçi elanlarının təqdim edildiyi elektron platformadır. Məhsulun DIGEX tərəfindən və ya müstəqil satıcı tərəfindən təqdim olunması məhsul səhifəsində göstərilir.
Müstəqil satıcı elanın adı, təsviri, şəkilləri, stok məlumatı, qanuniliyi və vaxtında təhvilinə görə məsuliyyət daşıyır. Saxta, oğurlanmış, üçüncü şəxsin hüquqlarını pozan və ya qanunsuz əldə edilmiş məhsulların satışı qadağandır. DIGEX təhlükəsizlik məqsədilə ödənişi müəyyən müddət blokda saxlaya, sübut tələb edə və mübahisəli əməliyyatı araşdıra bilər.
Ödəniş təsdiqləndikdən sonra rəqəmsal məhsulun icrasına başlanır. Kod göstərildikdən, balans uğurla yükləndikdən və ya xidmət tam icra edildikdən sonra istifadə edilmiş rəqəmsal məhsul adətən geri qaytarılmır. Məhsul çatdırılmadıqda, etibarsız olduqda, təkrar ödəniş yarandıqda və ya icra mümkün olmadıqda məbləğ balans və ya uyğun ödəniş üsulu ilə geri qaytarılır.
DIGEX xidmətin davamlı və təhlükəsiz işləməsi üçün zəruri tədbirlər görür. Provayder, oyun serveri, bank, internet infrastrukturu, fors-major və platformanın ağlabatan nəzarətindən kənar səbəblərdən yaranan gecikmələr ayrıca qiymətləndirilir. DIGEX istifadəçi tərəfindən səhv daxil edilmiş məlumatın nəticəsinə görə məsuliyyət daşımır.
Qanunvericilik, təhlükəsizlik və xidmət dəyişiklikləri səbəbilə bu şərtlər yenilənə bilər. Əhəmiyyətli dəyişikliklər platformada elan olunur. Sual və etirazlarınızı DIGEX dəstək sistemi vasitəsilə göndərə bilərsiniz. Bu şərtlərə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi tətbiq edilir.